Müqəddəs Kitab uydurma deyil; o, bəşəriyyətin gələcəyinə zəmanət verən Allahdan [Tanrıdan] gələn həyat kəlamıdır. Babil imperiyasından sonra padşahlıqların yüksəlişi və süqutu haqqında Danielə verilən peyğəmbərliklər, su dövranının təsviri və 3500 il əvvəl Əyyuba nazil olan yerin boşluqda asılı vəziyyətdə olması kimi elmi faktlar vasitəsilə Müqəddəs Kitabın Allahın [Tanrının] kəlamı olduğuna əmin ola bilərik.
Həvari Yəhya xilas olacaq müqəddəsləri — adları Quzunun həyat kitabına yazılmış olanları gördü. Bu gün, Həvari Yəhyanın öncədən gördüyü kimi adları həyat kitabına yazılmış Allah [Tanrı] Kilsəsinin üzvləri, Səmavi Padşahlıqda zövq alacaqları əbədi izzətdən dərin təsirlənərək peyğəmbərlikləri yerinə yetirirlər.
Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». Daniel 7:18
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. Vəhy 22:5
119 Bundang P.O.Box, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of KOREA
Tel 031-738-5999 Fax 031-738-5998
Head Office: 50, Sunae-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
Main Church: 35, Pangyoyeok-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
ⓒ World Mission Society Church of God. All rights reserved. Privacy Policy