Əgər Allahın [Tanrının] vədlərini pozub müqəddəslikdən və dindarlıqdan uzaqlaşsaq, mühakimə olunacağıq. Allahın [Tanrının] Nuhun, Sodom və Qomorranın dövründə və bu axırzamanda dünyanı mühakimə etməsinin səbəbi eynidir: insanlar Allahı [Tanrını] tərk edib üsyankar, pis və zinakar oldular.
Bu gün Nuh kimi, hələ görünməyən şeylərə möhkəm inanmalıyıq. Müqəddəs Kitabdakı Allahın [Tanrının] pis dünyanı odla mühakimə edəcəyi peyğəmbərliyinə inanaraq, Allah [Tanrı] Kilsəsi dünyanı xilas etmə vədi olan yeni əhd Pasxasını təbliğ edir.
Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. 2 Peter 3:6–7
...Bu, Rəbbin Pasxasıdır. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Çıxış 12:11–13
119 Bundang P.O.Box, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of KOREA
Tel 031-738-5999 Fax 031-738-5998
Head Office: 50, Sunae-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
Main Church: 35, Pangyoyeok-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
ⓒ World Mission Society Church of God. All rights reserved. Privacy Policy