Bütün bəşəriyyətin yaşamasını arzulayan Allah [Tanrı] Pasxanın Böyük Vədini təsis etdi. Çarmıxda ölümündən əvvəlki gecə O, bizə son vəsiyyətini qoyaraq əmr etdi: «Siz Pasxanı keçirməlisiniz».
Allahın [Tanrının] Özünün bizə keçirməyi əmr etdiyi Pasxanı heç vaxt insan ləğv edə bilməz. Misirdə uzun müddət köləlik çəkən israillilərin Pasxa vasitəsilə azadlığa çıxdığı kimi, ölüm zəncirləri ilə bağlanmış bütün bəşəriyyət üçün də azadlığa aparan yeganə yol yalnız Pasxa həqiqətidir.
Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. Luka 22:7–15
Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Yəhya 6:53–54
119 Bundang P.O.Box, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of KOREA
Tel 031-738-5999 Fax 031-738-5998
Head Office: 50, Sunae-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
Main Church: 35, Pangyoyeok-ro, Bundang-gu, Seongnam-si, Gyeonggi-do, Rep. of Korea
ⓒ World Mission Society Church of God. All rights reserved. Privacy Policy